--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Sea Breeze”də yeni kino məkanı yaradılır

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 19:50 1036 baxış

“Sea Breeze” ərazisində kino həvəskarları üçün yeni məkan yaradılacaq. Layihə çərçivəsində müasir nümayiş imkanlarına malik çoxzallı kinoteatrın istifadəyə verilməsi planlaşdırılır.

Elpress.az xəbər verir ki, “Sea Breeze” və “CineMastercard” kinoteatrlar şəbəkəsi “Venetian Harbour” kompleksində kinoteatrın yaradılması ilə bağlı razılığa gəlib. Müvafiq müqavilə tərəflər arasında imzalanıb.

Yeni kino məkanı “Marina Venetian Harbour” layihəsinin tərkibində yerləşəcək. Halfmoon yarımadası yaxınlığında inşa olunan kompleksin konsepsiyasında restoranlar, mağazalar və istirahət zonaları ilə yanaşı, sahilyanı piyada məkanlarının yaradılması da nəzərdə tutulur.

24 430 kvadratmetr icarə sahəsinə malik “Venetian Harbour”un layihəsi memar Sergey Çobana məxsusdur. Kompleksin diqqətçəkən hissələrindən biri isə ətrafında açıq meydanların, restoranların və yaşıllıq sahələrinin yerləşdiriləcəyi mayak qülləsi olacaq.

“CineMastercard”ın yeni kinoteatrında tamaşaçılar üçün müasir kino texnologiyalarından istifadə ediləcək. Şəbəkənin mövcud kinoteatrlarında 4DX və ScreenX formatları, həmçinin Skybox və VIP Diamond zalları təqdim olunur.

Müqaviləni “Sea Breeze” şirkətinin kommersiya icarəsi üzrə direktoru Elbəy Rzayev və “CineMastercard”ın baş direktoru Zaur Darabzadə imzalayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvan Yol Agentliyində təyinat qaydası dəyişdi

Next Article

Kürdəmirə yeni klaster müəssisəsi qazandırıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda yeni kitabxana modelinin əsas istiqamətləri açıqlanıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:05 1056 baxış Yeni modeldə kitabxanaların rəqəmsallaşdırılması və müasir mədəniyyət mərkəzlərinə çevrilməsi nəzərdə tutulur Elpress.az xəbər verir ki, Azərbaycanda kitabxana sisteminin yenilənməsi və xidmətlərin müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni […]

130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:30 1044 baxış Qarabağ və Şərqi Zəngəzurda abidələrin inventarlaşdırılmasına minalar mane olur Elpress.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən 130 mədəni irs abidəsinin inventarlaşdırılması hələ […]

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq sərgisi təqdim olundu

Elşən 07 May 2026 · 16:18 1122 baxış BMT-nin Cenevrə Ofisində MAMA “Ana təbiət” adlı beynəlxalq incəsənət layihəsinin təqdimatı keçirilib. Elpress.az-ın Yeniçağ-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı […]

Səməd Vurğunun 120 illiyinə xüsusi elektron baza yaradıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:14 1108 baxış Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş elektron məlumat bazası istifadəyə verilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, […]