--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Türkiyə sənaye planlarını Zəngəzur dəhlizinə uyğunlaşdırır

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 21:43 1012 baxış

Türkiyədə qarşıdakı dövr üçün sənaye siyasətinin formalaşdırılmasında regional nəqliyyat marşrutları da nəzərə alınır. Yeni sənaye zonalarının yerləşdirilməsi və istehsal gücünün bölüşdürülməsi planlarında Zəngəzur dəhlizi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Elpress.az xəbər verir ki, Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır ölkədə yeni sənaye zonalarına investisiya planlarından danışarkən bu məsələyə toxunub.

Nazirin sözlərinə görə, Zəngəzur dəhlizi ilə yanaşı, İraqın cənubunu Türkiyə ilə birləşdirəcək “İnkişaf yolu” marşrutu da sənaye siyasətində nəzərə alınacaq. Bu istiqamətlər üzrə nəqliyyat bağlantısının gücləndirilməsi ölkə ərazisində sənaye yükünün uzunmüddətli perspektivdə daha səmərəli paylanmasına xidmət edəcək.

İlk mərhələdə Samsun-Mersin xətti üzərində yerləşən 15 vilayətdə 19 sənaye zonasının yaradılması nəzərdə tutulur. Növbəti mərhələdə isə Anadoluda Mersin-Şırnak, Sivas-Iğdır və Trabzon-Şırnak istiqamətlərində sənaye inkişaf dəhlizlərinin formalaşdırılması planlaşdırılır.

Mehmet Fatih Kacır bildirib ki, yeni sənaye zonalarının əsas nəqliyyat marşrutlarına çıxışının təmin edilməsi Türkiyənin məhsul təchizat zəncirlərindəki rolunu gücləndirə bilər.

O, həmçinin yeni meqasənaye zonalarında ağıllı istehsal və yaşıl texnologiyalara üstünlük veriləcəyini qeyd edib. Liman, dəmir yolu və avtomobil yollarına yatırımların isə logistika xərclərinin azaldılmasına imkan verəcəyi bildirilib.

Nazirin sözlərinə görə, Türkiyənin ÜDM-i son 23 ildə 238 milyard dollardan 1,6 trilyon dollara yüksəlib. Ölkənin 2030-cu ilədək innovasiya sahəsinə 30 milyard dollar investisiya yatırmağı planlaşdırdığı da açıqlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Milli İncəsənət Muzeyində yeni fotosərgi açılıb

Next Article

Fatimə Rəhmanzadənin qətli ilə bağlı YENİ TƏFƏRRÜATLAR

Bəlkə də, sizin üçün maraqlı olar ...;

20 Ballıq Cərimə Həddi Artırılır?

Aysel Əlibəyli 02 İyun 2026 · 11:11 1166 baxış Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı müəyyən edilmiş 20 ballıq limitə yenidən baxılması ehtimalı gündəmə gətirilib və bu məsələ müzakirə mərhələsindədir. Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hazırda […]

Qoyun əti ixracı artırılır – 2030 hədəfi açıqlanıb

Aysel Əlibəyli 23 İyun 2026 · 13:51 1148 baxış İlhamə Qədimova Saatlı rayonunda keçirilən regional müşavirədə ölkədə qoyunçuluğun inkişafı və ixrac imkanlarının genişləndirilməsi ilə bağlı yeni hədəfləri açıqlayıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, […]

Dünya bazarında neftin qiyməti yüksəlib

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:36 1050 baxış “Brent” neftinin qiyməti 96,28 dollara, “WTI” isə 91,48 dollara çatıb Elpress.az xəbər verir ki, Dünya neft bazarında əsas markaların qiymətində artım qeydə alınıb.Londonun ICE birjasında “Brent” […]