--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:30 1060 baxış

Qarabağ və Şərqi Zəngəzurda abidələrin inventarlaşdırılmasına minalar mane olur

Elpress.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən 130 mədəni irs abidəsinin inventarlaşdırılması hələ tamamlanmayıb.Bildirilib ki, bunun əsas səbəbi həmin ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənməsidir. Bu səbəbdən bəzi abidələrə təhlükəsiz şəkildə baxış keçirmək və onların vəziyyətini ətraflı qiymətləndirmək mümkün deyil.Qeyd olunub ki, azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri insan və mədəniyyət mərkəzli yanaşma əsasında həyata keçirilir. Tarixi abidələrin bərpası, mədəniyyət müəssisələrinin yenidən fəaliyyətə başlaması, müasir şəhər və “ağıllı kənd”lərin salınması, eləcə də yaşıl enerji infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.Bildirilib ki, Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına yerləşdirilməsi ilə məhdudlaşmır. Qayıdan sakinlərin özlərini doğma yurdlarında hiss etməsi üçün həmin ərazilərin tarixi və mədəni irsinin qorunması da mühüm əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

Next Article

2027-ci il qəbul imtahanlarının proqramları açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda İndoneziya mətbəxinin təqdimatı keçirilib

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 14:54 1062 baxış İndoneziyanın milli yeməkləri, mədəni irsi və kulinariya ənənələri Bakıda keçirilən festivalda nümayiş etdirilib. Elpress.az xəbər verir ki, oktyabrın 16-da İndoneziyanın Bakıdakı səfirliyi və “Gekrafs Azerbaijan” nümayəndəliyinin […]

Aqil Məlikovun səhhəti ağırlaşıb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:56 1080 baxış Muğam bilicisi Aqil Məlikov ürək əməliyyatına hazırlanır Elpress.az xəbər verir ki, Əməkdar incəsənət xadimi, muğam sənətinin tanınmış nümayəndəsi Aqil Məlikov səhhətində yaranan ciddi problemlərlə əlaqədar xəstəxanaya […]

Əcəmi Naxçıvani haqqında filmin çəkilişləri başa çatıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:10 1064 baxış Memarın 900 illiyinə həsr olunan bədii-sənədli ekran əsəri postprodakşn mərhələsinə keçib Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi […]