--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Qurban Qurbanov “Canlı əfsanələr”in yeni kolleksiyasının qəhrəmanı olub

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 12:43 1010 baxış

Azərbaycan futbolunun tanınmış simalarından Qurban Qurbanov “Canlı əfsanələr” layihəsinin 2026-cı il kolleksiyasının əsas qəhrəmanı seçilib.

Elpress.az xəbər verir ki, Radius tərəfindən həyata keçirilən layihənin builki kolleksiyası Qurban Qurbanovun Azərbaycan futboluna verdiyi töhfələrə həsr olunub. Layihə “Qarabağ” Futbol Klubunun dəstəyi ilə reallaşdırılır.

Kolleksiya üçün Qurban Qurbanovun imzasını əks etdirən xüsusi dizaynlı futbol topu hazırlanıb. Məhdud sayda istehsal olunan topların noyabrın sonunadək Radius tərəfindən müştərilərə təqdim ediləcəyi bildirilib.

Layihənin əsas məqsədi Azərbaycan futbolunun tarixində iz qoymuş şəxslərin fəaliyyətini və onların qazandırdığı dəyərləri yaşatmaqdır. Qurban Qurbanov isə “Canlı əfsanələr” layihəsinin 2026-cı il kolleksiyasında təqdim olunan ilk şəxsdir.

Radius layihəni növbəti illərdə də ölkənin tarixində və cəmiyyətində xüsusi yeri olan digər tanınmış şəxsiyyətlərə həsr olunan kolleksiyalarla davam etdirməyi planlaşdırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanlı həkim Ukrayna müharibəsində həlak olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Sabah” “Hapoel”i Tofiq Bəhramov stadionunda qəbul edəcək

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:39 1068 baxış “Sabah”ın Çempionlar Liqasının pley-off mərhələsində ev oyununun keçiriləcəyi stadion bəlli olub Elpress.az xəbər verir ki, “Sabah” futbol klubunun Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi ev qarşılaşmasının ünvanı […]

Messi və Ronaldo dünya çempionatı ilə vidalaşdı

Aysel Əlibəyli 20 İyul 2026 · 17:15 1132 baxış Messi və Ronaldo mundial karyeralarını emosional şəkildə başa vurdu Elpress.az xəbər verir ki, 2026-cı il Dünya Çempionatı futbol tarixinin ən yaddaqalan anlarından birinə şahidlik edib.Lionel Messi […]

Litva – Azərbaycan oyununda ilk hissə heç-heçə başa çatıb

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:27 1062 baxış Mahir Emrelinin qolu millimizi hesabda önə keçirib Elpress.az xəbər verir ki, UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan milli komandaları arasında keçirilən qarşılaşmanın ilk hissəsi […]

Azərbaycan Etnoidman Festivalında təmsil olundu”

Aysel Əlibəyli 24 May 2026 · 21:29 1159 baxış İstanbulda təşkil olunan VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı yekunlaşıb.Festival türk dünyasının ortaq irsinin, milli-mədəni dəyərlərin və ənənəvi idman növlərinin beynəlxalq səviyyədə tanıdılmasına həsr olunub. Elpress.az Azərtac […]