--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İsveçdə 6 azərbaycanlı soydaşımız mandat qazanıb

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 20:15 1018 baxış

İsveçdə keçirilən növbəti ümumi seçkilərdə azərbaycanlı soydaşlarımız da uğur əldə ediblər. Müxtəlif siyasi partiyaların namizədləri olan 6 soydaşımız ölkənin parlament, regional və bələdiyyə qurumlarında təmsil olunmaq hüququ qazanıb.

Elpress.az xəbər verir ki, İsveçdə Riksdaqla yanaşı, 21 regional və 290 bələdiyyə şurasına seçkilər keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Sosial-Demokrat Fəhlə Partiyasının üzvü və nəqliyyat siyasəti üzrə sözçüsü Aylin Nuri İsveç Parlamentinə seçilib. Mərkəz Partiyasının təmsilçisi Aidə Kərimli isə Västra Götaland Region Şurasında mandat əldə edib və Riksdaqda əvəzedici deputat olub.

Digər soydaşlarımız da bələdiyyə səviyyəsində seçki uğuru qazanıblar. Turan Əliyev Partille, Aytac Quliyeva Haninge, Aygün Ələkbərova Älvkarleby, Rihad Ələkbərov isə Gävle Bələdiyyə Şurasına seçilib.

Soydaşlarımızın İsveçin müxtəlif siyasi təşkilatlarında fəaliyyət göstərməsi və seçkili qurumlarda təmsil olunması onların ölkənin ictimai-siyasi həyatında iştirakının genişləndiyini göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ömer Çelik: Türkiyə-Azərbaycan münasibətlərinə müdaxiləyə imkan verməyəcəyik

Next Article

Milli İncəsənət Muzeyində yeni fotosərgi açılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Belarusda yaşayan azərbaycanlıya dövlət medalı təqdim olunub

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:32 1086 baxış Elpress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Maksim Tank adına Belarus Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin […]

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1152 baxış Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər. Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında […]