--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Səməd Vurğunun 120 illiyinə xüsusi elektron baza yaradıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:14 1116 baxış

Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş elektron məlumat bazası istifadəyə verilib.

Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Prezident İlham Əliyevin Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın icrası çərçivəsində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən silsilə maarifləndirici və mədəni layihələr həyata keçirilir. Bu layihələrdən biri kimi şairin zəngin ədəbi irsini əhatə edən elektron məlumat bazası hazırlanaraq oxucuların istifadəsinə təqdim olunub.Elektron resursda Səməd Vurğunun həyat yolu, çoxşaxəli yaradıcılığı və onun haqqında formalaşmış elmi-ədəbi irs sistemli şəkildə təqdim edilir. Layihənin əsas məqsədi şairin yaradıcılığının daha geniş auditoriyaya çatdırılması, milli ədəbiyyatdakı əvəzsiz rolunun təbliği və gələcək nəsillərə tanıdılmasıdır.Məlumat bazasında akademik Nizami Cəfərov, professorlar Vaqif Yusifli, Maarifə Hacıyeva, Fazil Qaraoğlu, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova, eləcə də Xalq şairi Vaqif Səmədoğlu və digər müəlliflərin Səməd Vurğuna həsr olunmuş məqalələrinin tam mətnləri yer alır. Bundan başqa, bazada şairin müəllifi və redaktoru olduğu kitablar, dram əsərləri, poemalar, şeirlər, müxtəlif dillərdə nəşr edilmiş əsərlər, onun haqqında yazılmış kitablar, dissertasiyalar, musiqi əsərləri və digər elektron resurslar barədə geniş məlumat təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mingəçevirdə 198 min litr qeydiyyatsız pivə aşkarlandı

Next Article

Bakıda “McDonald’s”la bağlı antisanitariya iddiası yayıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Laçında beynəlxalq film festivalı başladı

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:34 1068 baxış Laçın şəhərində Beynəlxalq Film Festivalının (Lachin International Film Festival – LIFF) açılışı olub. Elpress.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına əsasən, “Where Film Meets LIFE” şüarı […]

Şair Əli Hacı Ağayev yeni şeirini oxucularla bölüşüb

Aysel Əlibəyli 07 Avqust 2026 · 11:19 1097 baxış Şair Əli Hacı Ağayev sosial şəbəkə hesabında yeni şeirini paylaşaraq oxucularının diqqətini çəkib.Elpress.az xəbər verir ki, müəllifin paylaşdığı şeirdə vətən sevgisi, həyatın çətinlikləri, insanın daxili dünyası […]

Akademik Musiqili Teatrda yubiley tamaşası nümayiş etdirilib

Aysel Əlibəyli 16 İyul 2026 · 14:02 1080 baxış Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik […]