--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Binədə 24 yaşlı qadın dayanacaqda qətlə yetirildi

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 17:11 1018 baxış

Bakının Xəzər rayonunun Binə qəsəbəsində 24 yaşlı qadının qətlə yetirilməsi ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Elpress.az xəbər verir ki, hadisə oktyabrın 6-da axşam saatlarında qəsəbədəki kafelərdən birinin yaxınlığında yerləşən dayanacaqda baş verib.

İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadə həmin ərazidə olarkən 1986-cı il təvəllüdlü Müseyib Əhmədovla qarşılaşıb. Onların arasında yaranan mübahisə zamanı Əhmədovun qadına bıçaqla bir neçə zərbə endirdiyi bildirilir.Ağır xəsarət alan 24 yaşlı qadın xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib. Məlumata görə, tərəflər arasında bundan əvvəl də mübahisə yaşanıb.

Faktla bağlı araşdırma aparılır. Hadisənin motivi və cinayətin digər detalları istintaq çərçivəsində müəyyənləşdirilir

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dənizdə batan Ruslan Azərbaycan çempionu imiş

Aysel Əlibəyli 06 Avqust 2026 · 22:20 1058 baxış Buzovnada dənizdə batan MAA tələbəsi Ruslan Həmidov “World Robot Caspian Cup” qalibi imiş Elpress.az xəbər verir ki, Avqustun 2-də Buzovna qəsəbəsində dənizin nəzarətsiz ərazisində batan şəxslərdən […]

Baş Prokurorluq ər-arvadın qətli ilə bağlı məlumat yayıb.

Aysel Əlibəyli 07 Avqust 2026 · 11:41 1070 baxış Elpress.az xəbər verir ki, cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədilə adam öldürmə) və 120.2.7-ci (iki şəxsi […]

İcra başçısının şikayəti təmin edilmədi

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:59 1060 baxış Şabran icra başçısının kənd sakinlərinə qarşı xüsusi ittiham şikayəti rədd olunub Elpress.az xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun iki […]

Ağdaşda kabab hazırlığı faciə ilə bitdi

Aysel Əlibəyli 27 May 2026 · 14:56 1126 baxış Ağdaşda kabab bişirib bayram keçirmək istəyi ana və övlad üçün ağır nəticələrə səbəb olub. Elpress.az-ın məlumatına əsasən, hadisə rayon mərkəzində — Nizami küçəsində yerləşən evlərdən birində […]