--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanlı həkim Ukrayna müharibəsində həlak olub

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 12:24 1016 baxış

Rusiya-Ukrayna müharibəsində həkim kimi xidmət edən azərbaycanlı Vahab Quliyev döyüşlər zamanı həyatını itirib.

Elpress.az xəbər verir ki, Lənkəranın Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev müharibənin ilk ilindən sonra Ukrayna tərəfindən hərbi xidmətə cəlb olunub və ixtisası üzrə tibbi fəaliyyət göstərib.

Xidmət müddətində iki dəfə yaralanan V.Quliyev müalicə aldıqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb. O, bir neçə gün əvvəl Kupyansk istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən PUA hücumu nəticəsində həlak olub.

Məlumata görə, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutunun Əczaçılıq fakültəsinə qəbul olunub. 1993-1994-cü illərdə dissertasiya işi hazırlayıb və Moskvada müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb.

V.Quliyev 30 ildən artıqdır Ukraynada yaşayırmış. O, məşhur “Nənələr” folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.

Hazırda mərhumun nəşinin Azərbaycana gətirilməsi və doğulduğu Separadi kəndində dəfn olunması istiqamətində tədbirlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Elza Seyidcahanın Rəşid Mahmudova qarşı iddiası qismən təmin edildi

Next Article

Qurban Qurbanov “Canlı əfsanələr”in yeni kolleksiyasının qəhrəmanı olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Azərsilah” poliqonunda yanğın baş verdi

Aysel Əlibəyli 19 İyul 2026 · 16:53 1114 baxış “Azərsilah”ın poliqonunda baş verən yanğın söndürüldü Elpress.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-yə məxsus poliqonlardan birində sınaqlar zamanı […]

Maqnit qasırğası xəbərdarlığı: Ən təhlükəli tarixlər məlum oldu

Aysel Əlibəyli 26 İyun 2026 · 22:45 1220 baxış Astrofiziklərin proqnozuna əsasən, iyunun son günlərində Yerə zəif və orta səviyyəli geomaqnit təsirlər gözlənilir. Bununla belə, güclü maqnit qasırğası proqnozlaşdırılmır. Mütəxəssislərin beynəlxalq heliofizika mərkəzlərinin məlumatları əsasında […]