Türkiyənin tanınmış aktrisalarından Berna Laçin barəsində istintaq çərçivəsində hüquqi tədbir görülüb.
Elpress.az Haber Global-a istinadən xəbər verir ki, aktrisa “xalqı kin və düşmənçiliyə sövq etmək və təhqir etmək” maddəsi üzrə başladılan istintaqla əlaqədar saxlanılıb.
Bundan başqa, polis əməkdaşları Berna Laçinin yaşadığı evdə də axtarış keçiriblər.
İstintaqın gedişatı ilə bağlı əlavə məlumat verilməyib.


