--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanda yeni kitabxana modelinin əsas istiqamətləri açıqlanıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:05 1056 baxış

Yeni modeldə kitabxanaların rəqəmsallaşdırılması və müasir mədəniyyət mərkəzlərinə çevrilməsi nəzərdə tutulur

Elpress.az xəbər verir ki, Azərbaycanda kitabxana sisteminin yenilənməsi və xidmətlərin müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni model hazırlanır.Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, ölkədə mövcud olan təxminən 3 400 kitabxananın böyük hissəsi bina, struktur və xidmət imkanları baxımından beynəlxalq standartlara cavab vermir. Eyni zamanda, sistemdə peşəkar kadr çatışmazlığı da əsas problemlərdən biri kimi göstərilir.Məlumata görə, kitabxana fondunun 57,6 faizi kiril qrafikasında olan nəşrlərdən ibarətdir. Hazırda kitabxanaların yalnız 20 faizində internet təminatı mövcuddur, 96 faizində isə avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tətbiq edilməyib.Yeni model çərçivəsində ictimai kitabxanaların IFLA standartlarına uyğunlaşdırılması, xidmətlərin avtomatlaşdırılması və elektron kitabxana sisteminin yaradılması planlaşdırılır. Bununla vətəndaşların kitabxana xidmətlərindən mobil telefon vasitəsilə də yararlanması nəzərdə tutulur.Yeni sistemdə kitabxanaların yalnız kitab oxunan məkan deyil, müasir oxu zalları və müxtəlif mədəni fəaliyyətlərin keçirildiyi mərkəzlər kimi fəaliyyət göstərməsi planlaşdırılır. Kitab fondlarının da beynəlxalq standartlara uyğun yenilənməsi nəzərdə tutulur.Bundan başqa, yalnız şəxsiyyət vəsiqəsi ilə ölkə üzrə kitabxana sisteminin müxtəlif filiallarından istifadə imkanının yaradılması, səyyar kitabxana xidmətlərinin genişləndirilməsi və kitabxana xidmətlərinin 24 saat əlçatan olması məqsədlər sırasında yer alır.İnklüziv oxucular üçün audio kitablar, Brayl əlifbasında nəşrlər və kitabların ünvana çatdırılması kimi xidmətlərin yaradılması da nəzərdə tutulur. Açıq rəf sisteminin, elektron kitab sifarişinin tətbiqi, əməkhaqlarının artırılması və kitabxana işçilərinin fəaliyyətinin daha sistemli təşkil olunması da yeni modelin əsas istiqamətləri sırasındadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

TƏBİB və Belarus səfirliyi arasında görüş keçirilib

Next Article

Azərbaycan jurnalistləri Özbəkistanda IT Parkı ziyarət edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nazir Xalq artistini evində ziyarət etdi

Aysel Əlibəyli 31 İyul 2026 · 12:13 1062 baxış Adil Kərimli 96 yaşlı bəstəkar Tofiq Bakıxanovla görüşüb Elpress.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli 30 iyul tarixində Xalq artisti, görkəmli bəstəkar və pedaqoq Tofiq […]

Daşkəsəndə ilk dəfə açıq hava kinoseansı təşkil olundu

Aysel Əlibəyli 03 Avqust 2026 · 11:22 1076 baxış 2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə Daşkəsən rayonunda ilk dəfə açıq hava şəraitində milli kino nümayişi təşkil edilib. Elpress.az xəbər verir ki, tədbir “AzerGold” QSC […]

Bakı Dəmiryol Vağzalında “Kitab Dayanacağı” açıldı

Aysel Əlibəyli 01 İyul 2026 · 13:04 1124 baxış Səfərlər daha maraqlı olacaq: ADY vağzalda pulsuz kitab layihəsinə başladı Bakı Dəmiryol Vağzalında sərnişinlərin asudə vaxtını daha səmərəli keçirməsi məqsədilə yeni sosial-mədəni layihəyə start verilib.“Azərbaycan Dəmir […]