--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ömer Çelik: Türkiyə-Azərbaycan münasibətlərinə müdaxiləyə imkan verməyəcəyik

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 20:02 1038 baxış

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik Ankara ilə Bakı arasındakı münasibətlərin möhkəmliyindən danışıb.

Elpress.az Haber Global-a istinadən xəbər verir ki, Ömer Çelik Türkiyə və Azərbaycanın “bir millət, iki dövlət” prinsipi əsasında yaxın əlaqələrə malik olduğunu bildirib.

O qeyd edib ki, iki ölkənin daxili siyasətində və ayrı-ayrı məsələlərə yanaşmasında fərqli mövqelərin olması mümkündür. Bununla belə, fikir ayrılıqlarının dialoq yolu ilə müzakirə edildiyini və münasibətlərin inkişafının davam etdiyini vurğulayıb.

AK Parti sözçüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasındakı münasibətləri də yüksək qiymətləndirib. Onun sözlərinə görə, iki lider arasında səmimi qardaşlıq əlaqələri mövcuddur.

Ömer Çelik Türkiyə və Azərbaycan münasibətlərinə müdaxilə etməyə çalışan ölkələrin olduğunu da deyib. O, belə cəhdlərin nəticə verməsinə imkan verilməyəcəyini bildirib.

Partiya rəsmisi Türkiyədə bəzi qrupların və sosial şəbəkə istifadəçilərinin Azərbaycanı düzgün olmayan şəkildə hədəfə aldığını da qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Büdcədənkənar ödənişlərlə bağlı müddət dəyişdi

Next Article

İsveçdə 6 azərbaycanlı soydaşımız mandat qazanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mirzoyan TRIPP sazişi üzrə hökuməti təmsil edəcək

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:13 1064 baxış Ermənistan XİN rəhbəri sazişin ratifikasiyası ilə bağlı parlament müzakirələrində iştirak edəcək Elpress.az xəbər verir ki, Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ABŞ ilə […]

Ərdoğanın dəvəti əsasında Türkiyəyə səfər etdi.

Aysel Əlibəyli 08 İyun 2026 · 20:22 1118 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidentinin vəzifələrini icra edən Delsi Rodriqez ilə görüşüb. Delsi Rodriqez Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edib. Məlumata görə, […]

İlham Əliyev Litvanın yeni Baş naziri ilə telefonla danışıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 11:42 1052 baxış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Litva Respublikasının Baş naziri Mindaugas Sinkeviçyusla telefon danışığı aparıb. Elpress.az xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycan ilə Litva […]

Aİ Azərbaycana sülh prosesində dəstək yollarını müzakirə edir

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:14 1052 baxış Maqdalena Qrono: Minatəmizləmə və mədəni irsin qorunması əsas istiqamətlərdəndir Elpress.az xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanın sülh prosesində Aİ-nin […]