--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Milli İncəsənət Muzeyində yeni fotosərgi açılıb

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 20:22 1020 baxış

Azərbaycan Milli İncəsənət Muzeyində media nümayəndələri üçün təşkil olunan press-tur çərçivəsində muzeyin fəaliyyəti, kolleksiyası və yeni layihələri təqdim edilib.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 7-də keçirilən tədbirdə jurnalistlər muzeyin ekspozisiyası ilə tanış olub, burada qorunan sənət əsərləri və keçirilən sərgilər barədə məlumat əldə ediblər.

Proqramın davamında muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova ilə görüş keçirilib. Görüşdə muzeyin hazırkı fəaliyyəti, yeni mövsüm üçün nəzərdə tutulan layihələr, sərgi və maarifləndirmə istiqamətində görüləcək işlər müzakirə olunub.

Press-turun diqqətçəkən məqamlarından biri fotoqraf Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı fotosərgisinin açılışı olub.

Ekspozisiyada fotoqrafın gündəlik həyatdan seçdiyi müxtəlif məqamlar fərqli bədii yanaşma ilə təqdim edilir. Əsərlərdə işıq və kölgə, əkslər və məkan arasındakı əlaqələr xüsusi yer tutur.

Sərgi müəllifin adi görünən detallara fərqli rakursdan yanaşmasını və onların estetik imkanlarını foto sənəti vasitəsilə göstərməsini əks etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İsveçdə 6 azərbaycanlı soydaşımız mandat qazanıb

Next Article

Türkiyə sənaye planlarını Zəngəzur dəhlizinə uyğunlaşdırır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:24 1130 baxış Valid Ağayev: “We are the Future” layihəsi festivalın ən böyük qürur mənbəyidir Elpress.az xəbər verir ki, Bakıda keçirilən “Shahin Novrasli Festival-2026” çərçivəsində gənc musiqiçilərin iştirakı ilə […]