--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Naxçıvan Yol Agentliyində təyinat qaydası dəyişdi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 19:39 1016 baxış

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin idarəetmə sistemində dəyişiklik edilib. Yeni qərarla İdarə Heyətinin formalaşdırılması ilə bağlı səlahiyyətlər yenidən müəyyənləşdirilib.

Elpress.az xəbər verir ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsinə dəyişiklik edilməsi barədə qərar imzalanıb.

Dəyişikliyə əsasən, Agentliyin İdarə Heyətinə sədr və iki sədr müavininin təyin olunması Naxçıvan Muxtar Respublikasının baş naziri tərəfindən həyata keçiriləcək. Təyinatlar Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırılacaq.

Bununla yanaşı, Agentliyin illik hesabatının təqdim ediləcəyi qurum da dəyişdirilib. Bundan sonra hesabat Naxçıvan Ali Məclisinin sədrinə deyil, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaq.

Qeyd edək ki, hazırda Naxçıvan Ali Məclisinin sədri vəzifəsinin səlahiyyətlərini Bəxtiyar Məmmədov icra edir. Muxtar respublikanın baş naziri isə Cabbar Musayevdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Seymur Nəsirovun Bakıda görüşləri ərəb mediasında

Next Article

“Sea Breeze”də yeni kino məkanı yaradılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakının 5 əsas yolunda nəqliyyat sıxlığı yarandı

Aysel Əlibəyli 03 Avqust 2026 · 09:47 1064 baxış Bakının bir sıra əsas magistral yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Elpress.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Məlumata əsasən, […]