Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Elpress.az xəbər verir ki, dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
Rusiya Prezidenti göstərilən diqqətə və təbrikə görə İlham Əliyevə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycan-Rusiya əlaqələrinin hazırkı inkişafından məmnunluq ifadə olunub. Tərəflər iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın gələcək perspektivlərini də müzakirə ediblər.


