--:--:-- | 29 İyun 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq sərgisi təqdim olundu

Elşən 07 May 2026 · 16:18 54 baxış

BMT-nin Cenevrə Ofisində MAMA “Ana təbiət” adlı beynəlxalq incəsənət layihəsinin təqdimatı keçirilib.

Elpress.az-ın Yeniçağ-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, BMT-nin Cenevrə Ofisinin baş direktoru Tatyana Valovaya, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, sənət ictimaiyyəti və qonaqlar iştirak ediblər.

Sərgi Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Açılış mərasimi Millətlər Sarayının əsas və simvolik məkanlarından hesab olunan Salle des Pas Perdus zalında baş tutub.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Qalib İsrafilov çıxışında layihənin incəsənət vasitəsilə ekoloji problemlərə diqqət çəkdiyini bildirib. Onun sözlərinə görə, təşəbbüs müxtəlif ölkələrdən olan rəssamları bir araya gətirərək təbiətin qorunması ilə bağlı qlobal mesaj verir.

Tədbirdə layihənin müəllifi Leyla Əliyevaya təşəkkür edilib və sərginin insanlarda təbiətə qarşı daha məsuliyyətli münasibət formalaşdıracağı vurğulanıb.

Tatyana Valovaya isə çıxışında layihənin insan, cəmiyyət və təbiət arasındakı əlaqəni xüsusi şəkildə əks etdirdiyini qeyd edib. O bildirib ki, ətraf mühitin qorunması BMT-nin əsas prioritet istiqamətlərindən biridir və bu kimi təşəbbüslər ictimai maarifləndirmə baxımından mühüm rol oynayır.

Layihə ilk dəfə 2024-cü ildə Heydər Əliyev Mərkəzində keçirilən COP29 çərçivəsində təqdim olunub. Daha sonra sərgi Manama, Roma, London, Tbilisi, Berlin və Tiranada nümayiş etdirilərək beynəlxalq platformaya çevrilib.

Sərgidə nümayiş olunan əsərlər insanın təbiətlə münasibətinə yeni baxış formalaşdırır və ekoloji problemlərə daha həssas yanaşmağa çağırış edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda 4 ayda vətəndaşlara 70 milyon manatdan çox ƏDV qaytarılıb

Next Article

Çinin sabiq müdafiə nazirləri edam cəzasına məhkum edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Pulsuz təhsil anlayışı nisbi məsələdir” – Nazir

Aysel Əlibəyli 24 İyun 2026 · 17:55 88 baxış Elpress.az xəbər verir ki, Emin Amrullayev ali təhsilin maliyyələşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Nazir bildirib ki, dünyanın heç bir ölkəsində təhsil tam mənada pulsuz […]

Heydər Əliyev İrsi Böyük Ehtiramla Anıldı

Aysel Əlibəyli 14 İyun 2026 · 12:37 54 baxış Müasir Azərbaycanın Xilası: Abşeronda Qurtuluş Günü Zəfər Ruhunda Qeyd Olundu! Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Gününün növbəti ildönümü Abşeron rayonunda […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 98 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]