Bakının bəzi ərazilərində aparılacaq təmir işləri ilə əlaqədar sabah elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Elpress.az xəbər verir ki, elektrik təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək işlər Bayramov, İstiqlaliyyət, Qəzənfər Əlizadə, Mirvari Dilbazi, Mübariz İbrahimov, Rəşad Hüseynov, Rizvan Həşimov, Şıxəli Qurbanov və Turqud Xəlilbəyli küçələrini əhatə edəcək.
Təmir işlərinin başa çatdırılmasından sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.


