Əməkdar artist və bəstəkar Elza Seyidcahanın tibb elmləri namizədi Rəşid Mahmudova qarşı qaldırdığı mənəvi zərər tələbi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Elpress.az APA-ya istinadən xəbər verir ki, işə Yasamal Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.
Məhkəmə Elza Seyidcahanın iddiasını qismən təmin edib. Qərara əsasən, Rəşid Mahmudov sənətçiyə mənəvi zərərə görə 500 manat ödəməlidir.
Məlumata görə, Elza Seyidcahan Rəşid Mahmudovun televiziya efirində onun ünvanına təhqiramiz ifadələr səsləndirdiyini bildirərək məhkəməyə müraciət edib. Bəstəkar mənəvi zərərin əvəzinin ödənilməsi üçün qarşı tərəfdən 10 min manat tələb edib.


