Büdcədənkənar vəsaitlər hesabına əməkhaqqına edilən əlavələr, mükafatlar və digər ödənişlər üçün müəyyənləşdirilən yuxarı hədlərin tətbiqinə başlanılacağı tarix dəyişdirilib.
Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmana dəyişiklik edib.
Dəyişikliyə əsasən, sözügedən məhdudiyyətlər sentyabrın 1-dən deyil, oktyabrın 10-dan tətbiq olunacaq.
Qaydalara əsasən, büdcədənkənar vəsait hesabına hər bir işçiyə verilən vəzifə maaşına əlavənin məbləği təqvim ayı ərzində onun aylıq vəzifə maaşının 1 mislinədək müəyyənləşdirilib.
Mükafat və digər ödənişlər üzrə isə təqvim ili ərzində nəzərdə tutulan hədd illik əməkhaqqı fondunun 20 faizini keçməməlidir.


