--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Seymur Nəsirovun Bakıda görüşləri ərəb mediasında

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 17:06 1034 baxış

Misirdə yaşayan azərbaycanlı alim və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirovun Bakıda keçirdiyi görüşlər ərəb mediasının diqqətini cəlb edib.

Elpress.az xəbər verir ki, Seymur Nəsirov Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsaməddin Effat Mustafa Reza ilə görüşərək iki ölkə arasında elmi və mədəni əlaqələrin inkişafı, eləcə də azərbaycanlı tələbələrin Misirdə təhsil imkanlarının genişləndirilməsi məsələlərini müzakirə edib.

Görüş zamanı səfir Misirdə təhsil almaq istəyən azərbaycanlı tələbələrə dəstək göstərməyə hazır olduqlarını bildirib.

Seymur Nəsirov həmçinin Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, professor Tariq Əbu əl-Fütuhla görüşüb. Tərəflər təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Görüşün sonunda Seymur Nəsirova “Təşəkkür” və “Təqdir” sertifikatları təqdim olunub.

Qeyd edək ki, azərbaycanlı tədqiqatçı-alim ötən il Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən iki ölkə xalqları arasında elmi, mədəni və intellektual əlaqələrin inkişafına töhfələrinə görə I dərəcəli “Elm və fənlər” ordeni ilə təltif edilib. Hazırda Seymur Nəsirov Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərir.

Seymur Nəsirovun Bakıda keçirdiyi görüşlərlə bağlı məlumatlar ərəb mediasında da yayımlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan mədəniyyəti Tbilisoba festivalında təqdim olunub

Next Article

Naxçıvan Yol Agentliyində təyinat qaydası dəyişdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Aqil Ələsgər Qazaxıstanda ordenlə təltif edildi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 22:35 1147 baxış Azərbaycanlı jurnalist Aqil Ələsgər Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq tədbirdə xüsusi ordenə layiq görülüb. Təltif Türk dünyasında media və vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətlə əlaqələndirilib. Elpress.az xəbər […]

Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazandı

Aysel Əlibəyli 26 İyul 2026 · 19:09 1126 baxış Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu çıxışı ilə diqqət çəkib. Elpress.az […]

Azərbaycanın Müstəqillik Günü Dominikanda qeyd edilib

Aysel Əlibəyli 04 İyun 2026 · 21:34 1196 baxış Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda 28 May – Müstəqillik Günü münasibətilə ilk dəfə rəsmi qəbul təşkil edilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirə Dominikan hökumətinin rəsmiləri, […]

Azərbaycan elmi üçün mühüm uğur: Rusiyadan rəsmi tanınma

Aysel Əlibəyli 24 İyun 2026 · 23:14 1126 baxış Rusiya Təhsil Akademiyasının Ekoloji Təhsil Problemləri üzrə Elmi Şurasının plenumunda professor Nizami Məmmədov tərəfindən yaradılan “Ətraf Mühit Təhsilinin Fəlsəfəsi” elmi məktəbi rəsmi şəkildə tanınıb. Qərarda məktəbin […]