--:--:-- | 27 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycan elmi üçün mühüm uğur: Rusiyadan rəsmi tanınma

Aysel Əlibəyli 24 İyun 2026 · 23:14 1120 baxış

Rusiya Təhsil Akademiyasının Ekoloji Təhsil Problemləri üzrə Elmi Şurasının plenumunda professor Nizami Məmmədov tərəfindən yaradılan “Ətraf Mühit Təhsilinin Fəlsəfəsi” elmi məktəbi rəsmi şəkildə tanınıb.

Qərarda məktəbin nəzəri prinsiplərinin orta və ali təhsil müəssisələrində geniş tətbiqi tövsiyə olunub. Nizami Məmmədov bildirib ki, bu tanınma uzun illərin elmi fəaliyyətinin nəticəsi olmaqla yanaşı, ekoloji təhsil ideyalarının müasir dövrdə nə qədər aktual olduğunun göstəricisidir. Onun sözlərinə görə, ətraf mühit problemlərinin həlli yalnız texnoloji yeniliklərlə mümkün deyil, cəmiyyət və təbiət arasında harmoniyanı əks etdirən yeni düşüncə tərzinin formalaşdırılması da zəruridir.Alim vurğulayıb ki, insanın sağlam və təhlükəsiz mühitdə yaşamaq hüququ ekoloji təhsilin əsasını təşkil edir. Bu səbəbdən ekoloji düşüncə müasir insanın dünyagörüşünün ayrılmaz hissəsinə çevrilməlidir.

Qeyd edək ki, Nizami Məmmədov 50 illik elmi-pedaqoji fəaliyyəti dövründə 400-dən çox elmi əsərin müəllifi olub, 40-dan artıq namizədlik və doktorluq dissertasiyasına rəhbərlik edib. Onun müəllifi olduğu ekologiya dərsliyi uzun illərdir tədris prosesində istifadə olunur və bir sıra xarici dillərə tərcümə edilib.Professor, həmçinin azərbaycanlı alimlər Urxan Ələkbərov, Sevda Məmmədəliyeva, Vilayət İsmayılov və İslam Mustafayev ilə birgə müxtəlif elmi layihələr həyata keçirir. Ötən il onun həmmüəllifi olduğu “Ekoloji sivilizasiya astanasında: yaşıl enerjiyə keçid” kitabı geniş maraq doğurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Böyük Qayıdışın növbəti ünvanı: Şükürbəylidə həkim məntəqəsi açıldı

Next Article

Zakir Həsənov: Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biridir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pakistanın Bakıdakı səfirliyində yeni konsul

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:09 1050 baxış Rubab Kazmi mətbuat və mədəniyyət işləri üzrə konsul vəzifəsinə təyin edilib Elpress.az xəbər verir ki, Pakistanın Azərbaycandakı səfirliyində mətbuat və mədəniyyət sahələri üzrə yeni konsul fəaliyyətə […]

Bolqarıstanda Anım Günü qeyd olunub

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:50 1030 baxış Azərbaycanın Bolqarıstandakı səfirliyində şəhidlərin xatirəsi yad edilib Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın Bolqarıstandakı səfirliyində tədbir təşkil olunub. Tədbirin əvvəlində […]

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Aysel Əlibəyli 05 İyun 2026 · 10:50 1211 baxış Tacikistanın paytaxtı Düşənbə şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul baş tutub. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Tacikistanın […]