Argentina yığması Lionel Messinin milli komanda forması ilə sonuncu oyununda Beninə qalib gəlib.
Elpress.az xəbər verir ki, Buenos-Ayresdə keçirilən yoldaşlıq görüşü Argentina millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı Nikolas Otamendi açıb. Daha sonra Niko Paz fərqlənərək komandasının üstünlüyünü artırıb. Görüşün 71-ci dəqiqəsində isə Lionel Messi penaltini dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirib.
Messi bununla yanaşı, qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 2005-ci ildə Argentina millisində debüt edən 39 yaşlı futbolçu yığmanın heyətində 208 oyuna çıxıb. O, bu görüşlərdə 125 qol vurub və 68 assist edib.
Messinin Argentina ilə qazandığı əsas titullar arasında 2022-ci il dünya çempionluğu, iki Amerika Kuboku və Finalissima çempionluğu yer alır.


