--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İlham Əliyev: İnsan taleləri siyasi şərtləndirmə mövzusu olmamalıdır

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 10:33 1044 baxış

İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün dəqiq məlumatların əldə olunması axtarış prosesinin əsas şərtlərindən biri kimi qiymətləndirilir.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın iştirakçılarına müraciətində insan taleləri ilə bağlı məlumatların siyasi şərtləndirmə predmetinə çevrilməməli olduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə malik olduğu bütün məlumatları təqdim etməli, arxiv materiallarına çıxışa və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır.

İlham Əliyevin sözlərinə görə, bu addımlar yalnız hüquqi öhdəlik və humanitar məsuliyyət deyil, eyni zamanda sülhə sadiqliyin və qarşılıqlı etimadın gücləndirilməsinin göstəricisi ola bilər.

Prezident bildirib ki, Azərbaycan 2002-ci ildən BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamələrin qəbul edilməsi istiqamətində təşəbbüslərlə çıxış edir.

Dövlət başçısı beynəlxalq səylərin bu sahədə daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, BMT və digər aidiyyəti beynəlxalq qurumlar axtarışların aparılması, məlumat mübadiləsi, məhkəmə-tibbi ekspertiza imkanlarının genişləndirilməsi və itkinlərin ailələrinə dəstəyin artırılması istiqamətində daha fəal rol oynamalıdırlar.

Qeyd edək ki, Prezidentin müraciəti Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev tərəfindən səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Messi Argentina millisində son matçına çıxdı – 3:0-lıq qələbə

Next Article

Sahibə Qafarova PAİ Assambleyasında çıxış edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Töhfə Sazişini təsdiqləyib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:15 1050 baxış Şərqi Zəngəzurda dayanıqlı şəhər inkişafı üzrə layihəyə dair saziş qüvvəyə minəcək Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı […]

AQEM-in gələcəyi Astanada müzakirə olundu

Aysel Əlibəyli 23 İyul 2026 · 02:00 1066 baxış Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyində Azərbaycanın sədrliyi ilə Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, […]