--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanın Müstəqillik Günü Dominikanda qeyd edilib

Aysel Əlibəyli 04 İyun 2026 · 21:34 1230 baxış

Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda 28 May – Müstəqillik Günü münasibətilə ilk dəfə rəsmi qəbul təşkil edilib.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirə Dominikan hökumətinin rəsmiləri, parlament üzvləri, diplomatik korpus nümayəndələri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri qatılıblar.Mərasim Azərbaycanın və Dominikan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Dominikanda akkreditə olunmuş səfiri Ruslan Rzayev çıxış edərək tədbirin ilk dəfə Santo-Dominqoda keçirilməsinin əhəmiyyətini vurğulayıb.Diplomat Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolundan, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolundan və beynəlxalq arenada qazandığı mövqedən danışıb. O, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri, regional sülh təşəbbüsləri və Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlər barədə məlumat verib.Səfir iki ölkə arasında münasibətlərin inkişaf etdiyini qeyd edərək, Azərbaycanın Dominikan Respublikası ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. O, son dövrdə qarşılıqlı təmasların intensivləşdiyini və müxtəlif sahələr üzrə əməkdaşlıq üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıb.Tədbirdə çıxış edən Dominikan Respublikasının xarici işlər nazirinin müavini Huqo Fransisko Rivera Fernandes Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. O, iki ölkə arasında siyasi, iqtisadi, turizm, təhsil və digər istiqamətlərdə əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.Qəbul çərçivəsində Azərbaycanın turizm imkanlarını əks etdirən təqdimatlar nümayiş olunub, həmçinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanan və ölkəmizin beynəlxalq şəhərsalma forumuna ev sahibliyini əks etdirən sərgi qonaqlara təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moped sürücüləri üçün yeni qaydalar qüvvəyə minir

Next Article

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin inkişafına xüsusi önəm verilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan mədəniyyəti Tbilisoba festivalında təqdim olunub

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 17:01 1092 baxış Gürcüstanın paytaxtında keçirilən “Tbilisoba” festivalında Azərbaycan mədəniyyəti və milli irsi geniş şəkildə təqdim edilib. Elpress.az xəbər verir ki, Tbilisi Şəhəri Gününə həsr olunan ənənəvi festival çərçivəsində […]

Kanadada Anım Günü: şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:58 1094 baxış Kanadanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar 27 Sentyabr – Anım Günü münasibətilə Vətən uğrunda həyatını itirən şəhidlərimizin xatirəsini yad ediblər. Elpress.az xəbər verir ki, Toronto şəhərindəki Azərbaycan […]

Marneulidə azərbaycanlı gənclər üçün gürcü dili təlimləri keçirilir

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:07 1076 baxış Marneulidə yaşayan azərbaycanlı gənclərin dil biliklərinin artırılması və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi istiqamətində tədris proqramı davam etdirilir. Elpress.az xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni […]

ADA Universitetində Karyera sərgisi keçirildi

Elşən 29 Aprel 2026 · 13:35 1197 baxış Aprelin 24-də ADA University-də 14-cü Karyera sərgisi təşkil olunub. Tədbirdə müxtəlif sahələri təmsil edən ümumilikdə 150-yə yaxın qurum iştirak edib. Sərgidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət […]