--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İtkinlərlə bağlı DNT nümunələrinin təqdim olunması təklif edilib

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 10:49 1018 baxış

Azərbaycan azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi məqsədilə qarşı tərəfə DNT nümunələrinin təqdim olunmasını təklif edib.

Elpress.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən 2026-cı ilin yanvarında təqdim edilən və itkin düşdüyü bildirilən 50 erməniəsilli şəxsin DNT profilləri ilə Azərbaycanda aşkarlanan qalıqlar arasında aparılan ekspertizalar nəticəsində uyğunluq müəyyən olunmayıb.

Ə.Nağıyev bildirib ki, hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçün əməkdaşlığa hazırdır. O qeyd edib ki, nəticə əldə etmək üçün dəqiq və tam məlumatların təqdim olunması vacibdir.

Dövlət Komissiyasının sədri Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə məlumatları təqdim etməsinin, həmçinin arxivlərin açılması və şahid ifadələrinin toplanmasına şərait yaradılmasının zəruriliyini vurğulayıb.

Ə.Nağıyev qeyd edib ki, Dövlət Komissiyası 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar quraraq görüşlər və məlumat mübadiləsi həyata keçirir.

Onun sözlərinə görə, müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanıldığı bildirilən 834 Azərbaycan vətəndaşının siyahısı qarşı tərəfə təqdim edilib. Siyahıya daxil olan 104 nəfər barədə isə ətraflı məlumat verilib.

Ə.Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatına alınmış 54 Azərbaycan vətəndaşı barədə də məlumatların qarşı tərəfə çatdırıldığını bildirib. Onlardan 17 nəfərin meyitinin qaytarıldığı, saxlanma yerlərində öldüyü bildirilən 33 şəxsin qalıqlarının isə hələ də təhvil verilmədiyi qeyd olunub. Daha 4 nəfərin taleyi barədə isə məlumat yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sahibə Qafarova PAİ Assambleyasında çıxış edib

Next Article

Allahşükür Paşazadə: Süni intellekt insanı ibadətdə əvəz edə bilməz

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kolumbiya səfiri “ASAN xidmət”də olub

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 09:42 1139 baxış Ülvi Mehdiyev Nelsi Rakel Munar Xaramiyo ilə dövlət xidmətləri sahəsində əməkdaşlığı müzakirə edib Elpress.az xəbər verir ki, Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və […]

Yaşar Güler Şuşada “Birliyin Gücü-2026” təlimlərini izləyib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 15:45 1070 baxış Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanda keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təliminin Seçkin Müşahidəçi Günü çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edib. Elpress.az xəbər verir ki, […]

Niderlanddakı səfır geri çağırılaraq Belçikaya təyin olundu

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:31 1088 baxış Prezident İlham Əliyevin sərəncamları ilə diplomatiyada rotasiya: Məmməd Əhmədzadə Belçikaya səfir təyin edilib Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Məmməd Bahəddin oğlu […]

Elçin Mirzəbəyli suverenlik və milli güc amilindən yazıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:06 1068 baxış Deputat 2020 və 2023-cü illərin Azərbaycanın dövlətçilik tarixindəki rolunu təhlil edib Elpress.az xəbər verir ki, Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Suverenlik və milli güc amili” adlı […]