Bakının bir sıra əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Elpress.az xəbər verir ki, hazırkı yol vəziyyəti ilə bağlı məlumat Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən açıqlanıb.
Sıxlığın qeydə alındığı əsas istiqamətlər bunlardır:
- 1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqaməti;
- Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqaməti;
- Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqaməti;
- Ziya Bünyadov prospekti – Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək;
- Heydər Əliyev prospektinin əsas yolu – şəhər mərkəzi istiqamətində;
- Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəzə doğru;
- Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyədək;
- Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
- Niyazi küçəsi – “Azneft” dairəsi istiqamətində;
- Koroğlu Rəhimov küçəsi – Mirzə Qədim İrəvani küçəsindən akademik Həsən Əliyev küçəsi istiqamətində;
- Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində.
Sürücülərə həmin istiqamətlərdə hərəkət zamanı diqqətli olmaları və mümkün qədər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


