--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan mədəniyyəti Tbilisoba festivalında təqdim olunub

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 17:01 1034 baxış

Gürcüstanın paytaxtında keçirilən “Tbilisoba” festivalında Azərbaycan mədəniyyəti və milli irsi geniş şəkildə təqdim edilib.

Elpress.az xəbər verir ki, Tbilisi Şəhəri Gününə həsr olunan ənənəvi festival çərçivəsində Azərbaycan guşəsi yaradılıb. Guşə “Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyası” və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə hazırlanıb.

Tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub, ölkəmizin mədəni irsi ilə bağlı müxtəlif nümunələr nümayiş etdirilib. Tbilisi Meriyasının və bələdiyyənin nümayəndələri də Azərbaycan guşəsinə baş çəkərək milli təamlarımızın dadına baxıblar.

Festivalın musiqi proqramında “Ceyran” Azərbaycan rəqs ansamblının ifası da yer alıb. Kollektiv “Uzundərə” və “Sarı gəlin” rəqslərini təqdim edib və çıxış tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, 1979-cu ildən keçirilən “Tbilisoba” Tbilisinin tarixi, mədəni müxtəlifliyi və şəhərin ənənələrini nümayiş etdirən ənənəvi festivallardan biridir.

Azərbaycan mədəniyyətinin festivalda təqdim olunması Gürcüstanda yaşayan azərbaycanlıların milli irsin qorunmasına və iki ölkə xalqları arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəni nümayiş etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan kiçik ada dövlətlərinə 10 milyon dollar yardım ayırır

Next Article

Seymur Nəsirovun Bakıda görüşləri ərəb mediasında

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1152 baxış Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər. Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında […]

Azərbaycan–Çexiya əməkdaşlığı genişlənir

Aysel Əlibəyli 22 İyul 2026 · 18:31 1096 baxış Elpress.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən “Agrofert” Şirkətlər Qrupunun Direktorlar Şurası sədrinin müavini Peter Singr ilə görüş keçirib. Görüş […]