--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Aqil Ələsgər Qazaxıstanda ordenlə təltif edildi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 22:35 1018 baxış

Azərbaycanlı jurnalist Aqil Ələsgər Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq tədbirdə xüsusi ordenə layiq görülüb. Təltif Türk dünyasında media və vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətlə əlaqələndirilib.

Elpress.az xəbər verir ki, Aqil Ələsgər Oljas Süleymanovun 90 illik yubileyinə həsr olunan “Bilik mədəniyyətinə dəstək” IX Beynəlxalq Konfransında iştirak edib. Tədbirdə Mərkəzi Asiya və Türk dünyasının tarixi-mədəni əlaqələri, eləcə də intellektual irsin qorunması ilə bağlı məsələlər müzakirə olunub.

Konfrans çərçivəsində müxtəlif ölkələrdən media və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirən Aqil Ələsgər Azərbaycan mediasının Türk dünyasındakı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsində iştirak edib.

Səfər zamanı jurnalistə Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, həmçinin dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Kəməl Tokayev adına “Kəməl Ata Kəməngər” ordeni təqdim olunub. Mükafatı UNESCO-nun nəzdində fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin direktor müavini Səltənət Aşimova təqdim edib.

Qeyd edək ki, orden Kəməl Tokayevin adını daşıyır. O, tanınmış qazax yazıçısı olmaqla yanaşı, İkinci Dünya müharibəsinin iştirakçısı və Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin atasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Güclü yağışlarla bağlı Bakıda tədbirlər gücləndirildi

Next Article

Naxçıvanın Bakıdakı nümayəndəliyində maliyyə yoxlaması

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan elmi üçün mühüm uğur: Rusiyadan rəsmi tanınma

Aysel Əlibəyli 24 İyun 2026 · 23:14 1124 baxış Rusiya Təhsil Akademiyasının Ekoloji Təhsil Problemləri üzrə Elmi Şurasının plenumunda professor Nizami Məmmədov tərəfindən yaradılan “Ətraf Mühit Təhsilinin Fəlsəfəsi” elmi məktəbi rəsmi şəkildə tanınıb. Qərarda məktəbin […]

Belarusda yaşayan azərbaycanlıya dövlət medalı təqdim olunub

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:32 1084 baxış Elpress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Maksim Tank adına Belarus Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin […]

Kanadada Anım Günü: şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:58 1042 baxış Kanadanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar 27 Sentyabr – Anım Günü münasibətilə Vətən uğrunda həyatını itirən şəhidlərimizin xatirəsini yad ediblər. Elpress.az xəbər verir ki, Toronto şəhərindəki Azərbaycan […]