--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan–Çexiya əməkdaşlığı genişlənir

Aysel Əlibəyli 22 İyul 2026 · 18:31 1112 baxış

Elpress.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən “Agrofert” Şirkətlər Qrupunun Direktorlar Şurası sədrinin müavini Peter Singr ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan ilə Çexiya arasında iqtisadi və investisiya əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı biznes imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi, investisiya mühitinin təşviqi və işgüzar əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə vurğulanıb ki, Azərbaycanın əlverişli investisiya imkanları və sənaye potensialı xarici şirkətlərlə uzunmüddətli tərəfdaşlığın inkişafı üçün geniş perspektivlər yaradır. Bu baxımdan, Çexiya şirkətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi hər iki ölkənin iqtisadi münasibətlərinə əlavə töhfə verə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

COVID-19-la mübarizədə çalışan həkimlərə şad xəbər – əməkhaqqı əlavəsinin müddəti uzadıldı

Next Article

Yazıçı Rüfət Əhmədzadə vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

SOCAR İtaliyada yanacaq qiymətlərini məhdudlaşdıracaq

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 00:50 1092 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyadakı törəmə şirkəti “Italiana Petroli” (IP) ölkə üzrə yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarını açıqlayıb. Məlumata görə, “Eni” şirkətinin […]

İlham Əliyev “Avaza” Kompleksinə gəlib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 10:50 1066 baxış Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün Türkmənistana səfər edib. Elpress.az xəbər verir ki, dövlət başçısı görüşün […]

Etilen-Polietilen zavodunda gələn il sahə işlərinə başlanılacaq

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 14:59 1092 baxış Modernizasiya layihəsinin mühəndislik mərhələsi 95 faiz tamamlanıb Elpress.az xəbər verir ki, SOCAR-ın Etilen-Polietilen zavodunda modernizasiya və yenidənqurma layihəsi həyata keçirilir.SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin Proses üzrə direktoru […]