--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1178 baxış

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər.

Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında keçirilən tədbir filarmoniyanın “Gənclərin dəstəyi” layihəsi çərçivəsində təşkil olunub.Konsertdə azərbaycanlı və gürcü gənc musiqiçilər fortepianoda Azərbaycan, Gürcüstan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər. İfaçılar arasında Suel Kərimli, Miray Fərzulla, Nuray Həsənli, Ümid Əsgərli İgan və Anisa Karmel Əsgərli ilə yanaşı, gürcü tələbələr də yer alıblar.Tədbirin yaddaqalan məqamlarından biri tamaşaçıların Nuray Həsənlinin Tbilisiyə həsr olunmuş mahnısına qoşularaq onu canlı ifa etməsi olub. Bu, konsertə xüsusi rəng qatıb və zalda səmimi ab-hava yaradıb.Təşkilatçılar bildiriblər ki, belə layihələr gənc istedadların inkişafına, Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin genişlənməsinə, eləcə də xalqlar arasında dostluğun möhkəmlənməsinə mühüm töhfə verir.Qeyd edək ki, konsertin 15 İyun – Milli Qurtuluş Gününə təsadüf etməsi tədbirə əlavə rəmzi məna qazandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaxda savate üzrə turnir keçirilib

Next Article

Azərbaycanda lazer hamarlamanın tətbiqi genişləndirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Türk pop musiqisinin anası” – Sezen Aksu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:26 1105 baxış Türk pop musiqisinin əfsanəvi simalarından olan Sezen Aksu bu gün doğum gününü qeyd edir. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyə musiqisinin ən nüfuzlu sənətçilərindən biri […]

Azərbaycan xalçası Limadakı muzeydə nümayiş olunacaq

Aysel Əlibəyli 19 İyun 2026 · 11:24 1156 baxış Perunun paytaxtı Lima ilə Bakı arasında mədəni əməkdaşlığın inkişafı istiqamətində yeni addım atılıb. Limanın vitse-meri Fabiola Morales və Azərbaycanın Meksika və Peru üzrə səfiri Seymur Fətəliyev […]