--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan kiçik ada dövlətlərinə 10 milyon dollar yardım ayırır

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 16:54 1008 baxış

Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizəsinə dəstəyini davam etdirir.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciətində Azərbaycanın bu məqsədlə 5 il ərzində 10 milyon ABŞ dolları məbləğində yardım göstərəcəyini bildirib.

Dövlət başçısının sözlərinə görə, 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin İqlim Dəyişmələri üzrə Liderlər Sammitinin təşkili həmin ölkələrin qarşılaşdığı problemlərin beynəlxalq gündəmdə daha geniş müzakirəsinə imkan yaradıb.

Azərbaycan bununla yanaşı, kiçik ada dövlətlərinə ikitərəfli əməkdaşlıq çərçivəsində də müxtəlif istiqamətlərdə dəstək verib. Bu çərçivədə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, su təminatı, ərzaq təhlükəsizliyi və mədəni irsin bərpası ilə bağlı layihələr həyata keçirilib.

Həmçinin 10-dan çox inkişaf etməkdə olan kiçik ada dövlətinin nümayəndələri Azərbaycanın Təhsil Qrantı Proqramından yararlanaraq ölkə universitetlərində təhsil almaq imkanı əldə ediblər.

İlham Əliyev qeyd edib ki, kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə davamlılığının artırılması istiqamətində 2024-cü ildə Azərbaycan ilə Millətlər Birliyi arasında Birgə Bəyannamənin imzalanması da mühüm addımlardan biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Təcili Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edildi

Next Article

Azərbaycan mədəniyyəti Tbilisoba festivalında təqdim olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan türk dövlətləri ilə əlaqələri gücləndirir

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:22 1074 baxış Politoloq: Azərbaycan Mərkəzi Asiyada mühüm tərəfdaşlardan birinə çevrilib Elpress.az xəbər verir ki, Azərbaycanın türk dövlətləri, xüsusilə Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yeni mərhələ müşahidə olunur.Politoloq Zaur […]

HHM bölmələrinin yeni hərbi obyektləri istifadəyə verilib

Aysel Əlibəyli 05 Avqust 2026 · 11:08 1076 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib. Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, […]