Elpress.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan xalqına başsağlığı verib.
Türkiyə lideri “X” sosial şəbəkəsində paylaşdığı mesajda Qarabağın işğaldan azad olunması uğrunda mübarizə aparan şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə isə hörmətini ifadə edib.
Ərdoğan Azərbaycanın Anım Günü münasibətilə şəhidlərə Allahdan rəhmət diləyərək, onların göstərdiyi qəhrəmanlığın daim xatırlanacağını bildirib.
Türkiyə Prezidenti paylaşımının sonunda Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıb və “Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq” mesajını verib.


