--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

BƏƏ-də tutulan şəxs ölkəyə təhvil verildi

Aysel Əlibəyli 04 İyun 2026 · 21:11 1223 baxış

Beynəlxalq axtarışa verilmiş şəxslərin ölkəyə qaytarılması istiqamətində görülən tədbirlər çərçivəsində daha bir şəxsin ekstradisiyası həyata keçirilib.

Elpress.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.Məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Polad Babayevin olduğu yer Birləşmiş Ərəb Əmirliklərində müəyyən edilib və o, həmin ölkədə saxlanılıb.İstintaq materiallarına əsasən, Polad Babayev 2022-ci ildən başlayaraq bir qrup vətəndaşı əlillik pensiyası təyin etdirmək və ya işlə təmin etmək vədi ilə aldadaraq onların vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dələduzluq maddələri ilə ittiham irəli sürülüb.Beynəlxalq hüquqi prosedurlar tamamlandıqdan və aidiyyəti qurumlar arasında aparılan danışıqlardan sonra onun Azərbaycana təhvil verilməsinə razılıq əldə olunub.Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə Dubay şəhərindən Bakıya gətirilib. Məhkəmənin qərarına uyğun olaraq, o, istintaq dövrü üçün müvafiq təcridxanaya yerləşdirilib.Ədliyyə Nazirliyi bildirib ki, xaricdə gizlənən və cinayət məsuliyyətindən yayınmağa çalışan şəxslərin aşkarlanaraq ölkəyə gətirilməsi istiqamətində beynəlxalq əməkdaşlıq tədbirləri davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şahin Babayev: Bakı Limanının ADY-yə inteqrasiyası daşımaların səmərəliliyini artırıb

Next Article

Moped sürücüləri üçün yeni qaydalar qüvvəyə minir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kamran Əliyev İƏT Baş prokurorlarının iclasında iştirak edib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:52 1098 baxış Azərbaycanın Baş prokuroru Türküstanda keçirilən beynəlxalq toplantıda çıxış edib Elpress.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının Türküstan […]

Ceyhun Bayramov erməni həmkarı ilə görüşəcək

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:00 1058 baxış Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın zamanda görüşü gözlənilir Elpress.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın zamanda Ermənistanın xarici işlər naziri […]