--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Survivor” iştirakçısı Hikmet Tuğsuz və aktyor Cengizhan Yurdutek xaricdə saxlanıldı

Aysel Əlibəyli 26 Oktyabr 2026 · 20:04 1014 baxış

Türkiyədə axtarışda olan “Survivor” yarışmasının iştirakçısı Hikmet Tuğsuz və “Sıfır Bir” serialı ilə tanınan aktyor Cengizhan Yurdutek xaricdə saxlanılaraq Türkiyəyə gətirilib.

Elpress.az xəbər verir ki, “Sabah” qəzetinin məlumatına görə, Türkiyənin Daxili İşlər Nazirliyi qırmızı bülletenlə axtarılan 33 nəfər də daxil olmaqla, ümumilikdə 63 şəxsin səkkiz ölkədən Türkiyəyə ekstradisiya edildiyini açıqlayıb.

Məlumata əsasən, “Survivor” layihəsində iştirakı ilə tanınan Hikmet Tuğsuz sentyabrın 25-də Gürcüstanda saxlanılıb. Onun barəsində şəxsi məlumatları qanunsuz əldə etmə, qəsdən xəsarət yetirmə, dələduzluq və prezidentə təhqir kimi ittihamlarla bağlı həbs qərarlarının olduğu bildirilir.

Aktyor Cengizhan Yurdutekin isə oktyabrın 10-da Monteneqroda saxlanılaraq Türkiyəyə təhvil verildiyi qeyd olunur. O, qəsdən xəsarət yetirmə, narkotik və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işlər üzrə axtarışda olub.

Qeyd edək ki, bu məlumatlar Türkiyə mediasının və Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən yayılıb. Barələrində ittihamlar irəli sürülən şəxslərin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əfsanəvi futbolçu Samuel Eto Bakıya gəldi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Afra Saraçoğlu və Aras Bulut İynemlinin test nəticələri bəlli oldu

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 17:16 1088 baxış Elpress.az xəbər verir ki, Türkiyədə narkotiklə bağlı aparılan araşdırma çərçivəsində saxlanılan aktyorlar Afra Saraçoğlu və Aras Bulut İynemlinin test nəticələri açıqlanıb. Məlumata görə, Afra Saraçoğlundan götürülən […]

Bakıda “Dream Fest” başlayır

Aysel Əlibəyli 23 İyul 2026 · 13:21 1172 baxış “Dream Fest” çərçivəsində 50-dən çox məşhur ifaçı Bakıda səhnəyə çıxacaq Elpress.az xəbər verir ki, Bakıda iyulun 23–26-da “Sea Breeze” istirahət mərkəzində keçiriləcək “Dream Fest” musiqi festivalı […]

“Yalı Çapkını”nın Pelini Bakıda toyda iştirak edib

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 00:17 1054 baxış Türkiyənin məşhur “Yalı Çapkını” serialında Pелin obrazı ilə tanınan aktrisa Bakıda keçirilən toy məclisində iştirak edib. Elpress.az xəbər verir ki, aktrisa tədbirdən paylaşım edərək fotosuna “Təki […]