Yeni Azərbaycan Partiyasının (YAP) Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilən Azad Balayevin həbs olunduğu bildirilir.
Elpress.az xəbər verir ki, “Gununsesi.info”nun məlumatına görə, Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində qərarın sabiq Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan faktlarla əlaqədar verildiyi iddia olunur.
Qeyd edək ki, İslam Rzayev ötən ilin oktyabrında həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürüldüyü bildirilir.
İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Azad Balayevin həbsi və ona qarşı mümkün ittihamlarla bağlı rəsmi qurumların açıqlaması təqdim olunan məlumatda yer almayıb.


