--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Kamran Əliyev İƏT Baş prokurorlarının iclasında iştirak edib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:52 1118 baxış

Azərbaycanın Baş prokuroru Türküstanda keçirilən beynəlxalq toplantıda çıxış edib

Elpress.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının Türküstan şəhərində keçirilən 7-ci iclasında iştirak edib.Tədbirdə çıxış edən Kamran Əliyev Azərbaycanda rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, “Elektron Prokurorluq” İnformasiya Sisteminin bu sahədə mühüm layihələrdən biri olduğunu qeyd edib. Bildirilib ki, sistem elektron sənəd dövriyyəsi, istintaq, dövlət ittihamı, beynəlxalq hüquqi əməkdaşlıq və digər istiqamətləri əhatə edir, bəzi modullarda isə süni intellekt texnologiyalarından istifadə olunur.Səfər çərçivəsində Kamran Əliyev İran və Pakistan nümayəndə heyətləri ilə də ikitərəfli görüşlər keçirib. Görüşlərdə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, məlumat və təcrübə mübadiləsi, qarşılıqlı hüquqi yardım, ekstradisiya və transmilli cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunub.İran nümayəndə heyəti ilə görüşdə regionda baş verən hadisələr fonunda Azərbaycandan göstərilən humanitar yardıma görə təşəkkür ifadə edilib. Tərəflər terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətkarlıq formalarına qarşı birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Təyyarə heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənəcək

Next Article

MM cinayət işləri üzrə hüquqi yardıma dair protokolu təsdiqləyəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan XİN Pakistana başsağlığı verib

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:27 1108 baxış Azərbaycan XİN Pakistan xəstəxanasında 15 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı başsağlığı mesajı yayıb Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Tibbi Elmlər İnstitutunun […]

Naxçıvanda dövlət agentliyinə yeni rəhbər təyinatı

Aysel Əlibəyli 30 İyul 2026 · 10:15 1104 baxış Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyində yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar […]

İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 16:04 1090 baxış Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Elpress.az xəbər verir ki, dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edərək […]