Azərbaycan Prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibi Şeyxa Əl Nuveysi ilə görüşüb.
Elpress.az xəbər verir ki, görüş oktyabrın 26-da baş tutub. Şeyxa Əl Nuveysi qəbul üçün dövlət başçısına təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqət, paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradılması barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanda mövcud olan sabitliyin turizmin inkişafı üçün əhəmiyyəti vurğulanıb və ölkəmizin turistlər üçün cəlbedici məkan olduğu qeyd edilib.
Tərəflər, həmçinin gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.


