Kamerun millisinin sabiq ulduzu və Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto Bakıya səfər edib.
Elpress.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, tanınmış futbolçu paytaxtımıza U-15 dünya çempionatının oyunlarını izləmək məqsədilə gəlib.
Dünya futbolunun tanınmış simalarından olan Samuel Etoun Bakıya səfəri beynəlxalq idman tədbirinə marağı artıran hadisələrdən biri kimi diqqət çəkir.
Qeyd edək ki, U-15 dünya çempionatının oktyabrın 30-da başa çatacağı bildirilib.


