--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Reuters: Hizbullah İsraillə mümkün yeni müharibəyə hazırlaşır, İrandan milyonlarla dollar alıb

Aysel Əlibəyli 26 Oktyabr 2026 · 19:43 1016 baxış

Livanın Hizbullah təşkilatı İsraillə hərbi qarşıdurmanın yenidən başlaya biləcəyi ehtimalına qarşı son üç ay ərzində hazırlıq işləri aparıb.

Elpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livan təhlükəsizlik qurumlarında təşkilatın fəaliyyəti ilə bağlı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Hizbullah hərbi imkanlarını gücləndirmək məqsədilə İrandan on milyonlarla dollar vəsait əldə edib. Məlumatda vəsaitin təşkilatın mümkün yeni qarşıdurmaya hazırlığı çərçivəsində istifadə oluna biləcəyi qeyd edilir.

Agentlik yazır ki, bu məbləğ oktyabrın əvvəlində mediada yayılan və İranın Hizbullaha Livan ailələrinə yardım üçün 200 milyon dollar ödədiyi iddiası ilə bağlı məlumatlardan ayrıdır.

Məlumatla bağlı qeyd edək ki, sözügedən maliyyə vəsaitinin məbləği və təyinatı barədə məlumatlar Reuters-in istinad etdiyi mənbələrə əsaslanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bolnisidə gənclərə süni intellekt və proqramlaşdırmanın imkanları izah olunub

Next Article

Azad Balayev həbs edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

NATO rəhbəri Aİ-nin Ukrayna ilə bağlı qərarını dəstəkləyib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:58 1060 baxış Mark Rütte: Yeni maliyyələşmə Ukraynanın hava məkanının müdafiəsini gücləndirəcək Elpress.az xəbər verir ki, NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqına üzv ölkələrin Ukraynanın “Patriot” hava hücumundan […]

Ukrayna Krımda dəmir yolu körpüsünü dronla vurub

Aysel Əlibəyli 23 İyun 2026 · 17:28 1126 baxış Ukrayna ordusu Krım ərazisində yerləşən mühüm nəqliyyat infrastrukturuna dron zərbəsi endirib Elpress.az-ın məlumatına əsasən, Razdolnoye kəndi yaxınlığında Şimali Krım kanalı üzərində yerləşən dəmir yolu körpüsü pilotsuz […]

Dağlıq rayonlarda yağış və leysan qeydə alınıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:02 1068 baxış Bəzi ərazilərdə şimşək çaxıb, küləyin sürəti saniyədə 20 metrə çatıb Elpress.az xəbər verir ki, Avqustun 30-da ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq […]

Filippində daşqınlar 32 nəfərin ölümünə səbəb olub

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:31 1060 baxış Musson yağışları və tropik siklonların yaratdığı fəlakət 8 milyona yaxın sakinə təsir edib Elpress.az xəbər verir ki, Filippində son bir ay ərzində yağan güclü musson yağışları […]