--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Hikmət Hacıyev: Azərbaycan vətəndaşları Yaponiyaya vizasız səfər edə bilər

Aysel Əlibəyli 26 Oktyabr 2026 · 16:53 1065 baxış

Azərbaycan vətəndaşlarının Yaponiyaya vizasız səfər etməsi imkanının yaradılması gündəmə gətirilib.

Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Mədəniyyət və Media Dialoqu Platformasının “Sülh dili və dezinformasiya ilə mübarizə” mövzusunda keçirilən xüsusi sessiyasında danışıb.

Hikmət Hacıyev bildirib ki, hazırda Yaponiya vətəndaşları üçün Azərbaycana bir il müddətinə vizasız gediş-gəliş imkanı mövcuddur. O, Azərbaycan vətəndaşlarının da Yaponiyaya vizasız səfər etmək istədiklərini qeyd edərək, bu imkanın yaradılmasının mümkünlüyünü vurğulayıb.

Prezidentin köməkçisi çıxışında Yaponiyanın Azərbaycanda çəkilmiş filmi ilə bağlı da fikirlərini bölüşüb və ekran əsərinin maraqlı layihələrdən biri olduğunu bildirib. O, filmin ərsəyə gəlməsində iştirak edən yaponiyalı mütəxəssislərə təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının Yaponiyaya vizasız səfər etməsi ilə bağlı səsləndirilən fikir hələlik mümkün təşəbbüs kimi təqdim olunub. Vizasız rejimin tətbiq ediləcəyi barədə rəsmi qərar açıqlanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki vəzifəsindən ayrıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nurəddin Qərəvi: Qürbətdə bir vətən nəğməsi

Elşən 07 İyun 2026 · 14:46 1241 baxış İran–ABŞ–İsrail qarşıdurması: savaş, yoxsa ssenari?İran, ABŞ və İsrail arasında yaşanan qarşıdurmanın sona yaxınlaşdığı bir dövrdə bir sual məni ciddi şəkildə düşündürür: həqiqətənmi bu hadisələr bir müharibədir, yoxsa […]

Məlum olub ki, yeni direktor icra başçısının qardaşıdır.

Aysel Əlibəyli 26 May 2026 · 20:06 1162 baxış Daha əvvəl məlumat verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən imzalanan əmrə əsasən, Sabunçu Tibb Mərkəzi-nin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin olunub. Elpress.az-ın […]