--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

Aysel Əlibəyli 26 Oktyabr 2026 · 19:31 1018 baxış

Azərbaycanda tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi məqsədilə yeni komissiya yaradılıb.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 26-da Tikinti Layihələri üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev təyin edilib. Komissiyanın tərkibinə bir sıra dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri daxil olunub.

Yeni komissiyanın əsas vəzifələri dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin icrasında yaranan gecikmələrin səbəblərini araşdırmaq, tikintiyə icazə və razılaşdırma prosedurlarına nəzarəti gücləndirmək, həmçinin dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdir.

Sərəncama görə, komissiya altı ay müddətində tikinti layihələri üzrə inzibati prosedurların sadələşdirilməsi, icra mərhələlərinin və müddətlərinin optimallaşdırılması ilə bağlı təkliflərini Prezidentə təqdim etməlidir.

Bundan başqa, özəl sektorun maliyyələşdirdiyi tikinti layihələrinə investisiyaların təşviqi, rəqəmsal alətlərdən istifadə etməklə şəffaf mexanizmlərin yaradılması, eləcə də dövlət layihələrində smeta və qiymətqoyma sistemlərinin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə də tikintiyə icazələrlə bağlı məlumatların vahid bazada toplanması və dövlət qurumları arasında elektron məlumat mübadiləsinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq tapşırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi

Next Article

Bolnisidə gənclərə süni intellekt və proqramlaşdırmanın imkanları izah olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

G7 neft ehtiyatlarının bir hissəsini bazara çıxaracaq

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 08:55 1086 baxış “Böyük yeddilik” ölkələri qlobal enerji bazarında qiymət artımının və dalğalanmaların qarşısını almaq üçün əlavə neft ehtiyatlarının satışa çıxarılması barədə qərar qəbul edib. Elpress.az xəbər verir ki, […]

AZAL-ın uçuş sayı üç ildə iki dəfəyə yaxın artıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:56 1064 baxış AZAL 2025-ci ildə 35 mindən çox uçuş həyata keçirib Elpress.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) illik uçuşlarının sayı son üç ildə əhəmiyyətli artım […]