--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Rusiya ordusu Xarkova zərbə endirdi: ölənlər və yaralananlar var

Aysel Əlibəyli 26 Oktyabr 2026 · 21:44 1020 baxış

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi raket zərbəsi nəticəsində iki nəfər həlak olub, daha dörd nəfər yaralanıb.

Elpress.az xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov “Telegram” kanalında məlumat yayıb. Onun sözlərinə görə, zərbə şəhərin Novobavarski rayonuna endirilib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov hücum nəticəsində yaralananlar arasında 17 yaşlı qızın da olduğunu bildirib.

Zərbə nəticəsində ərazidə avtomobillərdə yanğın baş verib, 10 qaraja ziyan dəyib. Bundan başqa, çoxmənzilli və fərdi yaşayış evlərinin, eləcə də avtomobillərin zədələndiyi bildirilir.

Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Survivor” iştirakçısı Hikmet Tuğsuz və aktyor Cengizhan Yurdutek xaricdə saxlanıldı

Next Article

Ərdoğan: “Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Uşaqlara uyğun olmayan görüntülərin göndərilməsinə məhdudiyyət

Aysel Əlibəyli 08 İyun 2026 · 16:04 1138 baxış Böyük Britaniya hökuməti azyaşlıların internet üzərindən uyğun olmayan məzmun paylaşmasının qarşısını almaq məqsədilə texnologiya şirkətləri qarşısında yeni tələblər irəli sürüb. Baş nazir Keir Starmer bildirib ki, […]

Hakan Fidandan Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı açıqlama

Aysel Əlibəyli 16 İyul 2026 · 14:04 1116 baxış Türkiyə Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik zəmanətlərinin hərbi-dəniz komponentini koordinasiya edəcək Elpress.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın gələcək təhlükəsizlik zəmanətləri ilə […]