Jurnalist Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyinin Elektron Təhlükəsizlik Xidmətində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb.
Elpress.az xəbər verir ki, Elnarə Baxış öz ərizəsi ilə vəzifəsindən gedib. O, qərarı barədə sosial şəbəkədə paylaşım edərək qurumda fəaliyyətinin bir ilini başa vurduğunu bildirib.
“Bu günlərdə Milli Kibertəhlükəsizlik Agentliyində fəaliyyətimin bir ilini geridə qoydum və növbəti aydan etibarən buradakı ‘vaxtımı dayandırmaq’ qərarına gəldim”, – deyə o qeyd edib.
Elnarə Baxışın bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyi barədə məlumat verilməyib.


