--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İlham Əliyev BMT rəsmisi Migel Anxel Moratinosa ilə görüşüb

Aysel Əlibəyli 26 Oktyabr 2026 · 14:55 1088 baxış

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi və islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosa ilə görüşüb.

Elpress.az xəbər verir ki, görüş oktyabrın 26-da baş tutub. Moratinos Azərbaycanda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə təbriklərini çatdırıb və tədbirin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində əhəmiyyətini vurğulayıb.

Qonaq Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirib. O, ölkəmizin islamofobiya ilə mübarizə sahəsindəki təşəbbüslərini və bu mövzuda beynəlxalq konfransların keçirilməsini də təqdir edib. Moratinos Azərbaycanın Alyansa könüllü maliyyə töhfələrinə görə də təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında uzun illərdir uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib və ölkəmizin bu dəstəyi gələcəkdə də davam etdirəcəyini bildirib.

Görüşdə Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun aktual beynəlxalq məsələlərin müzakirəsi və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Tərəflər, həmçinin gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Avstriya Prezidentini təbrik etdi

Next Article

Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki vəzifəsindən ayrıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Üç rayona yeni icra başçısı təyin edildi

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 18:55 1084 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamları ilə Qaradağ, Naftalan və Gədəbəy üzrə yeni icra başçıları müəyyənləşdirilib. Sərəncama əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhəri […]

ABŞ neftlə bağlı yeni proqnoz açıqladı

Aysel Əlibəyli 10 İyun 2026 · 12:17 1150 baxış ABŞ-nin Enerji İnformasiya Administrasiyası (EIA) neft qiymətləri ilə bağlı yenilənmiş proqnozunu təqdim edib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, qurumun qiymətləndirməsinə əsasən, 2026-cı ildə “Brent” markalı […]

ABŞ-yə səfər planı açıqlandı

Aysel Əlibəyli 18 İyun 2026 · 00:59 1172 baxış Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Livan rəhbərliyinin yaxın vaxtlarda Vaşinqtona səfər edəcəyini açıqlayıb. “Reuters”in yaydığı məlumata görə, Ağ Ev rəhbəri Livan prezidenti və […]