--:--:-- | 31 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Moped sürücüləri üçün yeni qaydalar qüvvəyə minir

Aysel Əlibəyli 04 İyun 2026 · 21:23 1133 baxış

Azərbaycanda mopedlərin istismarı ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur.

Yeni dəyişikliklərə əsasən, bu nəqliyyat vasitələrinin sahibləri bir sıra əlavə öhdəlikləri yerinə yetirməli olacaqlar.Elpress.az FED.az-a istinadən xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan qanunvericilik dəyişikliklərində əksini tapıb.Təklif olunan yeniliklərə görə, mopedlər dövlət qeydiyyatına alınacaq, onlara qeydiyyat nişanı veriləcək və müvafiq qeydiyyat sənədi təqdim olunacaq. Həmçinin bu nəqliyyat vasitələrini idarə etmək istəyən şəxslərdən A1 kateqoriyası üzrə sürücülük vəsiqəsi tələb ediləcək.Qanun layihəsində moped sürücülərinin də digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol hərəkəti qaydalarına dair müəyyən öhdəliklər daşıması nəzərdə tutulur.Bundan başqa, qeydiyyata alınmış mopedlər üçün icbari sığorta tətbiq ediləcək. Eyni zamanda, onların mütəmadi texniki baxışdan keçirilməsi də məcburi olacaq.Layihədə müxtəlif xidmətlər üzrə dövlət rüsumları da müəyyənləşdirilib. Belə ki, texniki baxış üçün 15 manat, dövlət qeydiyyatı üçün 10 manat, qeydiyyat nişanının verilməsinə görə 15 manat ödəniş nəzərdə tutulur. A1 kateqoriyalı sürücülük vəsiqəsinin alınması və ya dəyişdirilməsi 30 manata başa gələcək. İmtahan üçün 40 manat, təkrar imtahan üçün isə 20 manat rüsum müəyyən edilib.Dəyişikliklərə əsasən, mopedlər avtomobil yollarından istifadə edən nəqliyyat vasitələri sırasına daha geniş şəkildə daxil ediləcək və onların yol hərəkəti sistemində hüquqi statusu daha dəqiq tənzimlənəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

BƏƏ-də tutulan şəxs ölkəyə təhvil verildi

Next Article

Azərbaycanın Müstəqillik Günü Dominikanda qeyd edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“BakuBus” qadın sürücüləri işə qəbul edəcək

Aysel Əlibəyli 26 İyul 2026 · 21:11 1028 baxış “BakuBus” qadın sürücülərin ictimai nəqliyyat sahəsinə cəlb olunması üçün yeni vakansiya elan edib. Elpress.az xəbər verir ki, “BakuBus” MMC ictimai nəqliyyatda gender bərabərliyinin təşviqi və inklüziv […]

Bakının və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 16 İyul 2026 · 00:42 1026 baxış Təmir işləri ilə əlaqədar Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki , “Azərişıq” ASC paytaxtın müxtəlif ərazilərində və […]

“PAŞA Kapital”ın rəhbər heyətində yeni təyinat

Aysel Əlibəyli 12 İyun 2026 · 16:36 1094 baxış “PAŞA Kapital” İnvestisiya Şirkətində rəhbər vəzifələrdən birinə yeni təyinat həyata keçirilib. Elpress.az FED.az-a istinadən xəbər verir ki, Gülşən Cumayeva Korporativ Kommunikasiyalar, İnsan Resursları və Biznesə Dəstək […]

Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

Aysel Əlibəyli 03 İyul 2026 · 14:26 1048 baxış Dövlət İmtahan Mərkəzi (DİM) 14 iyun 2026-cı il tarixində keçirilən magistraturaya qəbul imtahanının ikinci cəhdi üzrə yekun nəticələri, o cümlədən esse qiymətləndirilmələri ilə birlikdə ictimaiyyətə təqdim […]