--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bayramov və Lavrovdan mühüm görüş: Əsas müzakirə mövzuları açıqlandı

Aysel Əlibəyli 17 İyul 2026 · 17:27 1116 baxış

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Elpress.az xəbər verir ki , Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı siyasi, iqtisadi-ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Tərəflər Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, ali və yüksək səviyyədə əldə edilmiş razılaşmaların icra vəziyyətini nəzərdən keçiriblər.Nazirlər ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti və Azərbaycan-Rusiya İşgüzar Şurasının rolu barədə də fikir mübadiləsi aparıblar. Eyni zamanda, qlobal iqtisadi çətinliklərə baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsinin müsbət dinamika ilə davam etdiyi bildirilib.Görüşdə regional nəqliyyat layihələrinin və nəqliyyat bağlantılarının inkişafının regionun iqtisadi dayanıqlığının gücləndirilməsində mühüm rol oynadığı qeyd olunub. Bildirilib ki, bu layihələr qarşılıqlı fayda prinsipi əsasında həyata keçirilməli, etimadın möhkəmlənməsinə, iqtisadi inkişafın genişlənməsinə, eləcə də regionda sülh və sabitliyin təmin olunmasına töhfə verməlidir.Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə edib, görüşdən sonra keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.Səfər çərçivəsində Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında 2026–2027-ci illər üzrə Məsləhətləşmələr Planı da imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Arvadını bıçaqladıqdan sonra özünə xəsarət yetirməkdə şübhəli bilinir

Next Article

Robert Smitdən Dünya Kuboku finalındakı şouya sərt reaksiya: “Çörək və tamaşa”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şuşa Bəyannaməsi qardaşlığın sarsılmaz simvoludur

Aysel Əlibəyli 15 İyun 2026 · 15:27 1140 baxış 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin yeni […]

Azərbaycan kiçik ada dövlətlərinə 10 milyon dollar yardım ayırır

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 16:54 1076 baxış Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizəsinə dəstəyini davam etdirir. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər […]