--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Nazir müavini: Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri sülh şəraitində yaşayıblar

Aysel Əlibəyli 26 Oktyabr 2026 · 19:21 1042 baxış

Azərbaycanda müxtəlif dinlərə və etnik qruplara mənsub insanlar uzun illər ərzində sülh və qarşılıqlı hörmət şəraitində yaşayıblar.

Elpress.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında bildirib.

Nazir müavininin sözlərinə görə, forum çərçivəsində Azərbaycanın müharibədən sonrakı təcrübəsinə həsr olunan panel müzakirəsi də keçiriləcək.

Fərid Cəfərov qeyd edib ki, Azərbaycanın həm multikulturalizm, həm də mədəniyyətlərarası inkişaf sahəsində böyük təcrübəsi var. O vurğulayıb ki, bu təcrübə uzun illər ərzində formalaşıb və ölkənin keçdiyi mürəkkəb tarixi proseslərlə də bağlıdır.

Nazir müavini bildirib ki, forumda keçiriləcək panel müzakirələrindən biri Azərbaycanın bu sahədəki təcrübəsinə həsr olunacaq. Məqsəd ölkənin əldə etdiyi təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hikmət Hacıyev: Azərbaycan vətəndaşları Yaponiyaya vizasız səfər edə bilər

Next Article

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:30 1072 baxış Məktəb dəyişmək üçün elektron sistemə müraciətlərin qəbulu 7 sentyabrda başa çatacaq Elpress.az xəbər verir ki, Şagirdlərin ümumi təhsil müəssisələri arasında elektron yerdəyişməsi ilə bağlı müraciətlərin qəbulu […]

FHN Bilgəh Kardioloji Sanatoriyasında təlim keçirib

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:39 1070 baxış Sanatoriyada fövqəladə hallar zamanı təxliyə və yanğınla mübarizə üzrə praktiki məşğələ təşkil olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərinin […]