--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan və Şimali Kipr səhiyyədə yeni əməkdaşlığa hazırlaşır

Aysel Əlibəyli 03 İyul 2026 · 19:25 1112 baxış

Elpress.az xəbər verir ki, Səhiyyə Nazirliyində Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib.

O, səhiyyə sahəsində təcrübə mübadiləsinin, tibb təhsili, səhiyyənin idarə olunması, rəqəmsal həllərin tətbiqi və tibbi xidmətlərin təşkili üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıb.

Nazir, həmçinin Azərbaycanda son illər həyata keçirilən səhiyyə islahatları, tibbi infrastrukturun yenilənməsi, rəqəmsallaşdırma prosesi və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə qonaqlara məlumat verib.

Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürek göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini bildirib. Onun sözlərinə görə, tibb təhsili, mütəxəssis hazırlığı, rəqəmsal səhiyyə, tibbi xidmətlərin təşkili və sağlamlıq turizmi istiqamətlərində təcrübə mübadiləsi hər iki tərəf üçün faydalı ola bilər.

Görüş zamanı səhiyyə və tibb elmi sahəsində birgə fəaliyyətin genişləndirilməsi, tibb işçilərinin qarşılıqlı təlim proqramlarında iştirakı, elmi-tədqiqat əməkdaşlığı, sağlamlıq turizmi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qəzada həyatını itirən Amal Məlikovun ailəsindən Arzumla bağlı sərt açıqlama

Next Article

Zaqatalada ağır qəza: 4 nəfər yaralandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Emin Əmrullayev Yardımlıda vətəndaşları qəbul edəcək

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:59 1070 baxış Elm və təhsil naziri sentyabrın 18-də Yardımlıda üç rayonun sakinləri ilə görüşəcək Elpress.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində […]

Xarici diplomatlar Xankəndidə “AzCotton” fabrikində olublar

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 16:05 1046 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin Qarabağa səfəri davam edir. Səfər proqramına uyğun olaraq xarici diplomatlar Xankəndidə yerləşən “AzCotton” MMC-nin tikiş fabrikinə […]

Deputat: Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub

Aysel Əlibəyli 24 Avqust 2026 · 12:35 1110 baxış Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir. Elpress.az xəbər […]

Moped imtahanı 40 manat olacaq

Aysel Əlibəyli 23 İyul 2026 · 13:59 1066 baxış Moped sürücülük vəsiqəsi üçün imtahanın dövlət rüsumu 40 manat müəyyən edilib Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə […]