--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Deputat: Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub

Aysel Əlibəyli 24 Avqust 2026 · 12:35 1112 baxış

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir.

Elpress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva “Report”a açıqlamasında deyib.Deputatın sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında siyasi müttəfiqlik artıq konkret iqtisadi layihələrlə müşayiət olunur. O bildirib ki, Azərbaycan şirkətlərinin Özbəkistanda bankçılıq, tikinti, şəhərsalma, enerji, sənaye, kənd təsərrüfatı, təhsil və turizm kimi sahələrdə həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır.Pərvanə Vəliyeva Azərbaycan-Özbəkistan əməkdaşlığının regional proseslərlə də sıx bağlı olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm tərəfdaş kimi Orta Dəhliz, ticarət, logistika və enerji əlaqələrinin inkişafında bir-birini tamamlayır.Deputat qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq təhsil, elm və humanitar sahələrdə də genişlənir. Bu baxımdan Özbəkistanda STEAM məktəblərinin yaradılmasını mühüm addım kimi qiymətləndirib.O bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə əlaqələrini yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı, Orta Dəhliz, enerji bağlantıları və Türk dünyasının inteqrasiyası kontekstində inkişaf etdirir.

Pərvanə Vəliyevanın sözlərinə görə, “C5-dən C6-ya keçid” Azərbaycanın regiondakı rolunun yeni mərhələyə daxil olduğunu göstərən mühüm amillərdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Həzi Aslanov metrosu yaxınlığında yanğın

Next Article

DİN-dən əməliyyat: 116 kiloqram narkotik ələ keçirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Litva XİN rəhbərləri Aİ sədrliyini müzakirə edib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:47 1060 baxış Ceyhun Bayramov və Kestutis Budris Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivlərini nəzərdən keçiriblər Elpress.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri […]

Prezidentdən gənc nəslə mühüm mesaj

Aysel Əlibəyli 15 İyul 2026 · 18:38 1072 baxış Prezident İlham Əliyev milli birlik, müstəqillik və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb Elpress.az xəbər verir ki , Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa […]

Aytən Məmmədovadan qanun layihəsi ilə bağlı açıqlama

Aysel Əlibəyli 10 İyun 2026 · 16:46 1124 baxış İnzibati Xətalar Məcəlləsinə, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən dəyişikliklər müasir dövrün tələblərinə uyğun hazırlanıb. […]