--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Zaqatalada ağır qəza: 4 nəfər yaralandı

Aysel Əlibəyli 03 İyul 2026 · 21:17 1126 baxış

Elpress.az xəbər verir ki, Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, “KIA” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan şəxslərdən 4-ü xəsarət alıb.

Məlumata görə, yaralılardan biri Bakı şəhər sakini, digər üç nəfər isə Zaqatala rayonunun sakinləridir. Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda xəsarət alanlara tibbi yardım göstərilir, onların şəxsiyyətlərinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Şimali Kipr səhiyyədə yeni əməkdaşlığa hazırlaşır

Next Article

AzTU-da beynəlxalq müsabiqə: qalibə Berlin imkanı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xırdalanda avtobus palçığa batdı – hərəkət çətinləşdi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 11:00 1058 baxış Xırdalan şəhərində yağışdan sonra yaranan palçıq 135 nömrəli marşrut avtobusunun hərəkətinə mane olub. Elpress.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlardan görünür […]

Şəmkirdə ağır qəza: bir nəfər öldü, bir nəfər yaralandı

Aysel Əlibəyli 05 İyul 2026 · 19:40 1098 baxış Şəmkirdə iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı ölən və yaralanan var. Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. […]

Qadın 7 yaşlı oğlunu qətlə yetirdi

Aysel Əlibəyli 02 İyun 2026 · 11:27 1198 baxış 7 yaşlı oğul anası tərəfindən qətlə yetirildi. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Məlumata görə, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədovaya qayçı ilə çoxsaylı […]