--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Qəzada həyatını itirən Amal Məlikovun ailəsindən Arzumla bağlı sərt açıqlama

Aysel Əlibəyli 03 İyul 2026 · 19:06 1122 baxış

Elpress.az xəbər verir ki, “TikTok” istifadəçisi İlduzə Hacıyeva barəsində məhkəmə hökmü çıxarıldıqdan sonra qəzada həyatını itirən Amal Məlikovun ailəsi məsələ ilə bağlı açıqlama yayıb.

Mərhumun bacısı sosial şəbəkədə paylaşdığı açıqlamada ailə ilə barışıq əldə olunmasına yönəlmiş cəhdlərin nəticəsiz qalacağını bildirib. Onun sözlərinə görə, son günlər müxtəlif şəxslər ailə üzvləri ilə əlaqə saxlamağa, evlərinə gələrək barışıq üçün vasitəçilik etməyə çalışırlar.

Ailə üzvü qeyd edib ki, baş verən faciədən sonra mərhumun yaxınlarına qarşı səsləndirilən təhqirlərdən sonra hər hansı barışıqdan söhbət gedə bilməz və bu məsələ qəti şəkildə gündəmdə deyil.

O, həmçinin məhkəmənin təyin etdiyi cəzanın yüngül hesab edildiyini vurğulayaraq, yaxın günlərdə hökmün ağırlaşdırılması tələbi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, İlduzə Hacıyeva cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və hökm elan olunduqdan sonra məhkəmə zalında həbs edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda leysan və sel təhlükəsi: Xəbərdarlıq edildi

Next Article

Azərbaycan və Şimali Kipr səhiyyədə yeni əməkdaşlığa hazırlaşır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Serdar Ortaçın səhhəti yenidən pisləşdi

Aysel Əlibəyli 12 İyun 2026 · 23:01 1146 baxış Türkiyənin tanınmış müğənnisi uzun illərdir mübarizə apardığı xəstəlik səbəbindən yenidən gündəmə gəlib. Elpress.az xəbər verir ki, sənətçinin MS (dağınıq skleroz) xəstəliyi ilə bağlı vəziyyəti pisləşib və […]

Cristiano Ronaldo Lionel Messiyə dəstək mesajı göndərib

Aysel Əlibəyli 12 Avqust 2026 · 22:02 1066 baxış Ronaldodan Messiyə emosional mesaj: “Sənə və sevdiklərinə bu çətin məqamda bərk-bərk sarılıram, Leo…” Elpress.az xəbər verir ki, Cristiano Ronaldo sosial şəbəkə vasitəsilə Lionel Messiyə dəstək mesajı […]

Məşhur türk aktyor evində ölü tapıldı – 51 YAŞINDA

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 21:57 1048 baxış Elpress.az xəbər verir ki, Türkiyənin tanınmış aktyoru Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. 51 yaşlı aktyordan bir neçə gündür xəbər ala bilməyən sevgilisi onun […]

Brad Pitt övladlarından ağır zərbə ilə üzləşdi.

Aysel Əlibəyli 31 May 2026 · 18:38 1138 baxış Hollivudun əfsanəvi cütlüklərindən olan Brad Pitt və Angelina Jolie arasında övladlarının qəyyumluğu uğrunda gedən 10 illik məhkəmə mübarizəsi sona çatmaq üzrədir. elpress.az-ın məlumatına əsasən, İyulun 12-də […]